Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
Tarix: 05-02-2024 14:17 | Bölmə: Cəmiyyət
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə 11 fevral 2024-cü ildə əlavə imtahan verəcəklər.

Reyting.az
Dövlət İmtahan Mərkəzinə istinadla bildirir ki, həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Qeyd: I-IV ixtisas qrupları üzrə fevralın 18-də keçiriləcək sınaq imtahanı üçün buraxılış vərəqələri bu həftə ərzində sayta yerləşdiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}