Bakıdakı yanğın söndürülüb - (Yenilənib+) - Fotolar
Tarix: 22-02-2024 19:25 | Bölmə: Cəmiyyət
Bakıdakı yanğın söndürülüb - (Yenilənib+)

Bakıda restoranda yanğın başlayıb.

Reyting.az
bildirir ki, hadisə "Hyatt Regency" hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

***

Reyting.az Fövqəlada Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112"-i qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub və hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.

***

İzmir küçəsində başlayan yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.


Daxili İşlər Nazirliyi NİİM-dən bildiriblər ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilib.

***

FHN Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsindəki restoranda baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.

Reyting.az
FHN-ə istinadla bildirir ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.






Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}