14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Əli Əsədov AMEA prezidentinin oğlu barədə sərəncam imzalayıb
Tarix: 28-02-2024 13:03 | Bölmə: Cəmiyyət
Əli Əsədov AMEA prezidentinin oğlu barədə sərəncam imzalayıb

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Ərəstü İsa oğlu Həbibbəyli təsdiqlənib.

Məlumata görə, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Ərəstü Həbibbəyli bir neçə il idir sözügedən şöbədə müdir vəzifəsini icra edirdi(Qaynarinfo).

Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışıb, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb.

Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}