Xankəndidə 25 ədəd avtomat silahı və pulemyot tapılıb
Tarix: 14-03-2024 09:49 | Bölmə: Cəmiyyət
Xankəndidə 25 ədəd avtomat silahı və pulemyot tapılıb

Xankəndidə polis əməkdaşları ötən gün xeyli sayda silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}