20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Beş min addım atmaq insan ömrünü daha üç il uzadır
Tarix: 14-03-2024 18:40 | Bölmə: Cəmiyyət
Beş min addım atmaq insan ömrünü daha üç il uzadır

Həftədə üç dəfə - hər birində 5000 addım atmaq insan ömrünü daha üç il artıra bilər.

Reyting.az
-ın xəbərinə görə, London İqtisadiyyat Məktəbi və Vitalty tibbi sığorta şirkətinin birlikdə apardığı araşdırmanın nəticələri bu qənaətə gəlib.

Tədqiqatçılar yeni araşdırma ilə müəyyən ediblər ki, iki ildən çox müntəzəm gəzmək fiziki cəhətdən aktiv olmayan kişilərin ömrünü 2,5 il, hərəkətsiz qadınların ömrünü isə 3 il uzadır.

Tədqiqatçılar 10 il ərzində Cənubi Afrika və Böyük Britaniyadan olan bir milyon insanın yerimə vərdişlərini izləyiblər. Həftənin ən az beş günü gündə orta hesabla 5230 addım atan insanların piylənmə, ürək və 2-ci tip diabet kimi ömrü qısaldan xəstəliklərə tutulma riskinin azaldığı ortaya çıxıb.

Gəzintinin yaşlı insanlar üçün daha faydalı olduğu müşahidə edilib. Məsələn, məlum olub ki, gündə cəmi 2500 addım atmaq 65 yaşdan yuxarı insanların sağlamlığını yaxşılaşdırır və ölüm riskini azaldır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər