Şirvan sakinləri Füzulidə saxlanılıb - Fotolar
Tarix: 18-03-2024 09:45 | Bölmə: Cəmiyyət
Şirvan sakinləri Füzulidə saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}