20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İsmayıllı-Lahıc avtomobil yolunda uçqun olub - Fotolar
Tarix: 30-03-2024 22:39 | Bölmə: Cəmiyyət
İsmayıllı-Lahıc avtomobil yolunda uçqun olub

İsmayıllı-Lahıc avtomobil yolunu birləşdirən ana yol uçub.

Reyting.az
APA-ya istinadla bildirir ki, nəticədə gediş-gəlişdə fasilələr yaranıb. İstifadədə olan körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər.

Bu gün günorta saatlarında körpünün giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. Beton hissə dağıldığından asfalt örtüyü çöküb. Yolun en hissəsi ümumilikdə 7 metrdir, salamat qalan 2 metrlik hissədən yalnızca kiçik avtomobillər və piyadalar istifadə edir. Ağırtutumlu yük avtomobillərinin isə hər iki istiqamətdə hərəkəti hələ ki, məhduddur.

Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sel suları İsmayıllı rayonu Gəndov kəndində yolun bir hissəsini yuyub:

“Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Ən qısa zamanda problem aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək".







Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər