09:33 / 24-10-2025
Aparat rəhbəri vəfat edib
“İsrailə qarşı sanksiyalar gündəmdə qalmalıdır!” - Deputat
Tarix: 24-10-2025 09:00 | Bölmə: Dünya
“İsrailə qarşı sanksiyalar gündəmdə qalmalıdır!”

“İsrailə qarşı sanksiyalar Qəzza zolağında davamlı sülhün təmin edilməsi üçün lazımdır”.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa Parlamentinin irlandiyalı deputatı Barri Endryus “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Qəzza qətliamının analoqunun olmadığını deyən deputat Avropa İttifaqının sanksiyaların tətbiqi ehtimalını gündəmdə saxlamalı olduğunu vurğulayıb.

Yeniləşən Avropa” fraksiyasını təmsil edən parlamentariyə görə, bu, Qəzza zolağında davamlı sülhü təmin etmək üçün lazımdır. Endryus öz ölkəsinin təcrübəsinə əsaslanaraq sülhün vacibliyi ilə bağlı fikirlərini bölüşüb:

“Əlbəttə, Qəzzada baş verən dəhşətli qətliamla yaxın keçmişdəki hər hansı soyqırımı arasında paralellər aparmaq çətindir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər