17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
On yeddi mindən çox müəllimin maaşı artacaq
Tarix: 23-10-2025 17:50 | Bölmə: Slayd
On yeddi mindən çox müəllimin maaşı artacaq

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb.

Reyting.az
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.

Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşı 10 faiz artacaq.

Qeyd edilib ki, test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto