IV və VI siniflər üzrə monitorinq keçiriləcək
Tarix: 03-04-2024 15:56 | Bölmə: Cəmiyyət
IV və VI siniflər üzrə monitorinq keçiriləcək

Ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə monitorinq keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Reyting.az-a verilən xəbərə görə, mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}