16:18 / 01-03-2024
Navalnı dəfn olunub
Rusiyada mağazalara basqın edən Azərbaycan vətəndaşları tutulub
Tarix: 22-11-2018 16:39 | Bölmə: Cəmiyyət
Rusiyada mağazalara basqın edən Azərbaycan vətəndaşları tutulub

Sankt-Peterburqda mağazalardan oğurluq edən qruplaşma saxlanılıb.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, dəstənin hesabında 3 qarət faktı var.

Məlumata görə, saxlanılan etnik qruplaşma üvü olan 3 nəfər Azərbaycan vətəndaşıdır.

Mağazalara girən cinayətkarlar oradan pul və siqaret götürüblər. İlk hadisə Belqrad küçəsində baş verib. Dəstə üzvləri oradan 42,5 min rubl və 300 qutu siqaret aparıblar.

Rusiyada mağazalara basqın edən Azərbaycan vətəndaşları tutulub

Onlar sonradan həmin küçə yaxınlığındakı digər mağazanı qarət ediblər. Ümumi zərər 40 min rubl hesablanıb.

Üçüncü insident Udelnı prospektində baş verib. Dəstə bıçaqla ticarət məntəqəsinin əməkdaşına hədə-qorxu gələrək 20 min rubl və 200 qutu siqaret ələ keçirib.

Məlumata görə, onlar ilk iki hadisə zamanı tapançadan istifadə ediblər.

Saxlanılan dəstə üzvlərinin şəhərdə digər buna bənzər cinayətlərdə iştirakçı olub-olmadıqları yoxlanılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-02-2024, 13:03 8 vəkil cəzalandırılıb

{sape_links}{sape_article}