20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
Tarix: 13-04-2024 21:57 | Bölmə: Cəmiyyət
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq

Dünyada ilk dəfə kainatı araşdırmaq üçün nəhəng rəqəmsal kamera yaradılıb.

Reyting.az
"Naked Science" nəşrinə istinadla bildirir ki, Amerika Birləşmiş Ştatlarının Energetika Departamentinin SLAC bazasında çalışan Milli Sürətləndirici Laboratoriyanın alim və mühəndisləri indiyə qədər yaradılmış ən böyük rəqəmsal kamera olan "LSST" tipi üzərində işlərini başa çatdırıblar.

Alimlər deyiblər ki, çox böyük rəqəmsal kameranın duracağı yer də məlumdur. Nəhəng kamera Vera Rubinin adına daşıyan rəsədxanada, LSST formatı ilə işləyəcək teleskopda quraşdırılacaq.



3200 meqapiksellik bu LSST kamerası bir avtomobil ölçüsündədir. Kamera ağırdır, onun çəkisi üç tondur. Alimlər müqayisə üçün bildiriblər ki, yeni kameranın çəkisi erkək bir Afrika filinin çəkisinin təxminən yarısı deməkdir. Mütəxəssislər kameranın ön obyektivinin diametrinin bir metrdən azca çox olduğunu söyləyiblər.

Yeni astronomik kamera kainatdakı uzaq qalaktikaların müşahidələrini aparmaqla yanaşı həm də kainatın genişlənməsini, həmçinin qaranlıq enerji ilə bağlı dəqiq tədqiqatlar aparmaq imkanı yaradacaq.

Bununla belə, LSST kamerası bu cihazla işləyəcək alimlərə qaranlıq enerji, yaxud digər kosmik sirlərin tədqiqində detektiv rolunu oynamağa kömək etməzdən öncə rəqəmsal kamera Kaliforniyada yerləşən "SLAC"-ın bazasından, Milli Sürətləndirici Laboratoriyasından And dağlarında 2713 metrlik "Cero Pachon" dağının lap uca bir zirvəsinə aparılmalıdır.

And dağlarında, 2713 metrlik zirvədə bu nəhəng kameranın yerləşdiriləcəyi həmin ərazidə Vera Rubin Rəsədxanası tikilir.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər