20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakla bağlı hansı qərar veriləcək?
Tarix: 15-04-2024 10:45 | Bölmə: Cəmiyyət
Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakla bağlı hansı qərar veriləcək?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 17-nə təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verib. Sabiq MTN-çi əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir(Pravda).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər