Məktəb direktoru olmaq istəyən 1411 iddialıdan 1 nəfəri yüksək bal toplayıb - İmtahan
Tarix: 24-11-2018 17:03 | Bölmə: Cəmiyyət
Məktəb direktoru olmaq istəyən 1411 iddialıdan 1 nəfəri yüksək bal toplayıb

Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb.

Reyting.az
Təhsil Nazirliyinə istinadən bildirir ki, bu mərhələdə ümumilikdə 1411 nəfər iştirak edib.

İmtahan iştirakçılarına təhsil qanunvericiliyindən 25, əmək qanunvericiliyindən 20, məntiqdən 15 test tapşırığı təqdim olunub.

Namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni əldə edib.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Xatırladaq ki, məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}