12:54 / 24-05-2024
MEDİA müsabiqə elan edib
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb
Tarix: 17-04-2024 16:48 | Bölmə: Cəmiyyət
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Səfərov Ramil saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə onun üzərindən 3 kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.

R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:26 Sabah yağış yağacaq
21-05-2024, 12:12 Sabah yağış yağacaq

{sape_links}{sape_article}