Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 10-05-2016 14:53 | Bölmə: Cəmiyyət / Xəbərlər
Teleaparıcı, şoumen Kamran Həsənli "Yeni Müsavat” qəzetinə müsahibəsi zamanı telekanalları sərt şəkildə tənqid edib.
K.Həsənli bildirib ki, hazırda telekanallarda qeyri-peşəkar kadrlar çoxluq təşkil edir:
"Televiziyada peşəkarlar azdır, onlar idarəçilikdən kənarda qalıblar. Cəbhədə yaşanan gərginlik zamanı televiziyamızın tutduğu yola nəzər salsaq, hər şey aydın olar. Bir televiziyanın cəbhəyə toy makyajında, geyimində müğənni aparması, əsgərin də uniformada rəqs etməsi vətənpərvərliyi təbliğ etmir. Bu anti-təbliğatdır, faciədir. Cəbhədə yaşananlar efirdə öz əksini tapmadı, vətənpərvərlik verilişləri göstərilmədi. Televiziya rəhbəri bu işi anlamırsa, o vətənpərvərliklə bağlı təbliğat apara bilməz. Hazırda televiziyalarımız əsasən toyxana verir”.
Kamran Həsənlinin fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub.
Musavat.com teleaparıcının fikirlərinə münasibət öyrənmək üçün telekanalların məsul şəxsləri ilə əlaqə saxlayıb. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədov bildirib ki, teleaparıcının iradları ANS-ə aid deyil: "Bizim öz yolumuz var. Digər telekanallar barədə heç nə deyə bilmərəm. Kamran müsahibəsində də qeyd edib ki, ANS-in televiziya siyasəti fərqlidir. Kamran bizimlə çalışıb, ANS-ə daha yaxından bələddir. Ona təşəkkür edirəm ki, bizi tənqid etməyib”.
ATV-nin xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu isə deyib ki, Kamran televiziyaları tənqid etməklə gündəmə gəlmək istəyir: "Ona cavab verib onu gündəmdə saxlamaq istəmirəm. Sadəcə olaraq, aprel ayında ATV-də vətənpərvərliklə bağlı yayımlanan verilişləri görməmək kor olmaq deməkdir. Bizim qədər vətənpərvərlik rolikləri, proqramları efirə verən telekanal olmadı. Biz bütün əyləncəli proqramları yığışdırmışdıq. Bütün diqqəti cəbhəyə yönləndirmişdik, hər saat xəbər verirdik, xüsusi reportajlar hazırlayırdıq. Bütün bunları kim idi edən? Kamranın sözlərində sadəcə qərəz var”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər