Ali məktəblərlə bağlı yeni qaydalar təsdiqlənib - Dəyişiklik
Tarix: 27-11-2018 06:48 | Bölmə: Cəmiyyət
Ali məktəblərlə bağlı yeni qaydalar təsdiqlənib

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

Reyting.az
-ın xəbərinə görə, Baş nazir Novruz Məmmədovun imzaladığı dəyişikliyə əsasən, ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısına "İctimai təhlükəsizlik və idarəetmə” ixtisası (İxtisas şifri – "XTB050110") əlavə edilib.

N. Məmmədov Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydasını da təsdiqləyib.

Eyni zamanda, bu qərarla Nazirlər Kabinetinin “Ali məktəblərin hazırlıq şöbələri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 2013-cü il 2 oktyabr tarixli 271 nömrəli qərarları ləğv edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb