Riyaziyyatçı alimin 120 min manatını mənimsəyiblər – Şikayət
Tarix: 12-05-2016 11:02 | Bölmə: Cəmiyyət / Xəbərlər


Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.

Reyting.az xəbər verir ki, bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindənməlumat verilib. Məlumatda bildirilir ki, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində qeyd edilir ki, Suliddin və Hakim adlı şəxslər A.Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A.Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər