Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Tarix: 21-06-2024 11:56 | Bölmə: Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Reyting.az- verilən məlumata görə müşavirədə bir sıra məsələlər müzakirə edilib, qeyd olunub ki, Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən monitorinq qrupları rayonlar üzrə mütəmadi olaraq reydlər keçirir və mövcud çatışmazlıqlar müəyyən edilərək aradan qaldırılması üçün aidiyyəti qurumlara və yerli RİH-nə göndərilir.

Paytaxt ərazisində təmizlik məsələlərinin daha da yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilib ki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirə edilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlı ümümşəhər daxili iməcliyinin keçirilməsi tapşırılıb.

Qərara alınıb ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılsın və onun üzvləri aidiyyəti qurumların nümayəndələri ilə birgə təmir işlərinin monitorinqini həyata keçirsinlər.




Bölməyə aid digər xəbərlər