Qazaxda yabanı halda bitən 3 ton çətənə bitkisi məhv edilib
Tarix: 25-06-2024 09:38 | Bölmə: Cəmiyyət
Qazaxda yabanı halda bitən 3 ton çətənə bitkisi məhv edilib

Qazax rayonunda yabanı halda bitən 3 ton çətənə bitkisi məhv olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reyting.az-a verilən məlumata görə, "Xaş-xaş 2024" planına uyğun olaraq, Qazax Rayon Polis Şöbəsi ilə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlərl nəticəsində rayonun Məzəm kəndi ərazisində yabanı halda bitən 3 ton (6300 ədəd) çətənə bitkisi toplanaraq məhv edilib.




Bölməyə aid digər xəbərlər