Kəlbəcərə icazəsiz keçmək istəyən şəxslər tutulub
Tarix: 10-07-2024 11:11 | Bölmə: Cəmiyyət
Kəlbəcərə icazəsiz keçmək istəyən şəxslər tutulub

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər