Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs bu gün torpağa tapşırılıb - Fotolar
Tarix: 19-07-2024 14:22 | Bölmə: Cəmiyyət
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs bu gün torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşən mülki şəxs, 31 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən İmişli rayonunun Muradxanlı kənd sakini Vəliyev İbrahim Ələşrəf oğlunun qalıqları ailəsinə təhvil verilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, bu gün İbrahim Vəliyevlə İmişli rayonunun Muradxanlı kəndində ailəsinin yaşadığı ünvanda vida mərasimi keçirilib.

Vida mərasimində onun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Vəliyevin qalıqları Muradxanlı kənd qəbirstanlığında dəfn olunub.

Qeyd edək ki, İ.Vəliyev 1924-cü ildə İmişli rayonunun Muradxalı kəndində anadan olub. I Qarabağ müharibəsində iştirtak edən oğlu Fəqan Vəliyevdən xəbər almaq məqsdədilə döyüş əməliyyatları gedən əraziyə yollanıb və 23 avqust 1993-cü il tarixdə Füzuli rayonunun Alxanlı-Qaraxanbəyli kəndləri ərazisində naməlum şəraitdə itkin düşüb.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkin düşmüş mülki şəxs kimi qeydiyyata alınıb. İbrahim Vəliyevin meyitinin qalıqları Ağdam rayonunun Əfətli kənd qəbirstanlığında aşkarlanıb, kimliyi təsdiq olunub.






Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər