12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Autizmli uşaqlara dəstək layihəsinə başlanılıb - Fotolar
Tarix: 10-06-2024 12:56 | Bölmə: Cəmiyyət
Autizmli uşaqlara dəstək layihəsinə başlanılıb

“Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 İyun 2024-cü ildən “Autizm spektri pozuntusu olan və digər davranış problemi olan uşaqlara, onların ailələrinə dəstək” adlı layihənin icrasına start verib.

Reyting.az
ictimai birliyə istinadla xəbər verir ki, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2024-cü il) icra olunacaq.

Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların həyatını yaxşılaşdırmaq üçün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, psixologiya və s.) sahəsində öyrədici tədbirlərin təşkili və inkişaf etdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğidir.



Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir.

Layihə autizm spektri pozuntusu əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüsdür.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər