BMT: ruslar ukraynalı əsirlərin 95 faizinə işgəncə verib
Tarix: 08-08-2024 10:42 | Bölmə: Cəmiyyət
BMT: ruslar ukraynalı əsirlərin 95 faizinə işgəncə verib

Rusiya ilk dindirmələrdən başlayaraq ukraynalı hərbi əsirlərə işgəncə verir. Üstəlik, rus əsirliyində işgəncə praktikası geniş və sistematikdir.

Reyting.az
xəbər verir ki, bunu BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Danielle Bell deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası öz həbsxanalarında ukraynalı hərbi əsirlərin 95 faizinə işgəncə verib.

“İlk dindirmə zamanı onlara işgəncə verilir. Onlara metal çubuqlarla zərbələr endirilir, tamamilə soyundurulur və şiddətli şoka məruz qalırlar. Bu, dəhşətlidir. 20 illik karyeramda BMT adından məhbuslara baş çəkməyimdə gördüyüm ən pis hadisədir. 95 faiz ukraynalı hərbi əsirlərə işgəncə verilib və bu, hərbi cinayətdir”, - diplomat qeyd edib.

Məlum olduğu kimi, işgəncə Cenevrə Konvensiyasının hərbi əsirlərlə rəftarla bağlı 3-cü maddəsini pozur. Ukrayna briqadası komandirinin müavini avqustun 7-də bildirib ki, Rusiya hakimiyyəti Rostov vilayətindəki istintaq təcridxanasında onunla birlikdə xidmət edən ukraynalı hərbi əsirlərə işgəncə verib və onları vəhşicəsinə öldürüb.

BMT mart ayında bəyan edib ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri onlarla hərbi əsirin edam edilməsini sənədləşdirib.

BMT Şurası tərəfindən yaradılan Ukraynadakı qanun pozuntularının araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiyanın hesabatında rusların ukraynalı hərbi əsirlərə hədə-qorxu və cəzalandırma məqsədilə vəhşicəsinə işgəncə verdiyi göstərilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər