“Abzas Media” əməkdaşının həbs müddəti uzadılıb
Tarix: 10-08-2024 12:34 | Bölmə: Cəmiyyət
“Abzas Media” əməkdaşının həbs müddəti uzadılıb

“Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Reyting.az
APA-ya istinadla bildirir ki, bu barədə qərarı Xətai Rayon Məhkəməsi verib.

E. Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti 1 ay 7 gün uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər