Bakıda evdə partlayış olub, bir nəfər yaralanıb
Tarix: 07-09-2024 11:21 | Bölmə: Cəmiyyət
Bakıda evdə partlayış olub, bir nəfər yaralanıb

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Məlumata görə, hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq