07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
Tarix: 21-10-2025 08:24 | Bölmə: Slayd
Ərdoğanın Yaxın Şərq turnesi başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt, Qətər və Omana rəsmi səfərlər edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Ərdoğanın Yaxın Şərqin üç ölkəsinə səfərləri liderlərin dəvəti ilə oktyabrın 21, 22 və 23-də baş tutacaq.

Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Burhanəddin Duranın sözlərinə görə, səfərlər zamanı adıçəkilən ölkələrlə ikitərəfli münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların müzakirəsi planlaşdırılır. Həmçinin beynəlxalq məsələlər, xüsusilə regional hadisələr üzrə məsləhətləşmələr gözlənilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto