22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
12:39 / 17-09-2025
Deputat: “Güzəşt müddəti uzadılsın”
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Həbsdəki blogerin həyatına təhlükə yaranıb - Bəyanat
Tarix: 01-01-2019 14:09 | Bölmə: Cəmiyyət

“Sərhədsiz Reportyorlar” həbsxanada olan azərbaycanlı bloger Mehman Hüseynovun səhhətilə bağlı narahatdır.
Reyting.az-ın xəbərinə görə, “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının dekabrın 31-də yaydığı bəyanatda deyilir ki, yeni uydurma ittihama etiraz olaraq, M. Hüseynovun aclıq aksiyası keçirməsi - maye və qida qəbulundan imtina etməsi onun vəziyyətini kritik həddə çatdırıb.
Təşkilat Azərbaycan hakimiyyətini yeni ittihamı götürməyə və blogeri dərhal azad etməyə çağırıb.
"Yeni ittiham barədə ona məlumat verildikdən sonra başladığı aclıq nəticəsində M. Hüseynovun səhhəti hər gün pisləşir. O, maye qəbul etmir. 2019-cu ilin martında azaldığa buraxılmalıydı. Ancaq hazırda guya onu həbsxana mühafizəçisini döydüyünə görə əlavə olaraq yeddi il cəza gözləyir", - bəyanatda deyilir.
Dekabrın 26-da karserə salındıqdan sonra vəkilləri dekabrın 28-dək ona baş çəkə bilməyiblər. O, artıq zəifləyib, kənar yardım olmadan yeriyə bilmir.
Vəkilləri bildiriblər ki, dekabrın 30-da ona iynə vurublar, ancaq iynənin mənşəyini aydınlaşdırmalıdırlar.
"Mehman Hüseynovu ölüm təhlükəsi gözləyir və biz onun taleyinə görə məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyuruq", - SR Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohan Bir deyib. "Biz blogerin təcili azad edilməsinə və onun üzərindən yeni ittihamların götürülməsinə çağırırıq. Beynəlxalq birlik bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi etməlidir", - Y.Bir əlavə edib.
Qeyd edək ki, M. Hüseynov rejimi tənqid etməsi və yüksək səviyyədə korrupsiyanı ifşa etməsilə tanınır.
O, həmçinin hakimiyyət tərəfindən dəfələrlə təqiblərə məruz qalmış kütləvi informasiya vasitələrinin müdafiəsilə məşğul olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) prezidentidir.
Hazırda RATİ-yə onun qardaşı və həmkarı, mühacirətdə olan Emin Hüseynov rəhbərlik edir.
RATİ-nin direktoru E. Hüseynov “Turan” agentliyinə deyib ki, dünən M. Hüseynovla telefonla danışıb:
“Quru aclığın beşinci günündə Mehmanın halı pisləşib. Mehman damarların varikoz genişlənməsindən əziyyət çəkir, bədənin susuzlaşmasından demək olar ki, ayaqları tutulub. Bundan əlavə, bayılıb və həkim çağırıblar. İynə vurublar ki, Mehman özünə gəlsin. Mənim təkidli tələblərimdən sonra o, quru aclığı dayandırdı və maye qəbul etməyə başladı. Altıncı, yeddinci günlər orqanizmdə geriyədönməz proseslər baş verir və onun həyatını xilas etmək mümkün olmazdı. Mən onu maye qəbul etməyə və mübarizəni davam etdirməyə razı saldım. O ölməməlidir, yaşayıb öz işini davam etdirməlidir”.
O, M. Hüseynova qarşı açılmış yeni uydurma cinayət işini "görünməmiş özbaşınalıq, hüquq və ifadə azadlığının ələ salınması" adlandırıb.
"Təəssüf ki, hələlik bu repressiv akt Mehman Hüseynovun hüquqlarının pozulmasına son qoyulması ilə bağlı hakimiyyətə qarşı lazımi beynəlxalq qınaq, mühakimə və tələbi almayıb. Hələlik buna “Sərhədsiz Reportyorlar”, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir reaksiya veriblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hesab edir ki, bayram olmasına baxmayaraq, beynəlxalq təşkilatlar və demokratik ölkələrin hökumətləri növbəti repressiya aktını operativ olaraq pisləməli və Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırmalıdırlar", - E. Hüseynov bildirib.
Mehman Hüseynovun atası Rafiq Hüseynov isə dekabrın 31-də "Amerikanın Səsi"nə bildirib ki, oğlunun sağlamlıq durumu çox ağırdır.
"Oğluma kömək lazımdır. Onu telefonla danışmaq üçün əllərində gətirmişdilər,” - Rafiq Hüseynov bildirib.
Öz növbəsində vəkillər Şəhla Hümbətova və Fuad Ağayev "Amerikanın Səsi"nə Mehman Hüseynovla dekabrın 28-dən sonra görüşlərinin olmadığını bildiriblər.
"Dekabrın 28-dən sonra bayram günləri başlayıb və bu günədək nə telefon vasitəsi ilə Mehman Hüseynovla əlaqəmiz olub, nə də görüş imkanı olmayıb”, - vəkil Şəhla Hümbətova "Amerikanın Səsi"nə deyib.
Vəkil Fuad Ağayev də "Amerikanın Səsi"nə eyni fikirləri bildirib: "Sonuncu dəfə dekabrın 28-də Mehman Hüsenyovla görüşmüşük. Ondan sonra onunla hər hansı əlaqəm olmayıb. Bu səbəbdən də Hüsenyovun səhhəti və durumu ilə bağlı hər hansı məlumatım yoxdur. Amma Mehman dünən ailəsinə zəng edib, deyib ki, aclığı davam etdirir. Söhbət əsnasında səhhətinin ağırlaşdığını, huşunu itidiyini bildirib. O, ailə üzvlərinə vəziyyətinin ağırlaşdığına görə ineksiya yolu ilə bədəninə dərmanlar yeridildiyini deyib. Hüseynov ailə üzvlərinin tövsiyəsi ilə su içəcəyinə söz verib”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə yanvarın 1-də "Amerikanın Səsi"nə bildirib ki, Mehman Hüseynov qida və su qəbul edir. “Onun səhhətində hər hansı problem yoxdur. Hüseynovun vəkilləri ilə mütəmadi görüşləri təmin olunur. Eyni zamanda qanunvericliyə uyğun olaraq o, telefon danışıqlarından istifadə edir”,- M. Sadıqov bildirib.
M. Sadıqov blogerin 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı təcridxanası) köçürüldüyünü təsdiqləyib.
Onu da qeyd edək ki, həbsdə olan bloger M. Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
M. Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
M. Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb.
Öz növbəsində rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, heç kimin ifadəsinə, siyasi yönümünə görə həbs edilmədyini bildirir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Bu gün, 16:02
Bakı metrosunda iş rejimi uzadılıb
Bu gün, 15:30
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
Bu gün, 13:44
"Azərpoçt"un adından saxta mesajlar yayılır
Bu gün, 12:47
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
Bu gün, 12:35
Oğruların 15 milyon tələb etdiyi biznesmen xilas edilib
Bu gün, 12:18
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
Dünən, 21:03
Sumqayıtda yaşayış binasında yanğın olub
Dünən, 17:08
Sabah leysan yağacaq - Xəbərdarlıq
Dünən, 16:35
Zaqatala sakini bağında döyülüb
Dünən, 13:27
Sabah yağış yağacaq
Dünən, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
Dünən, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
Dünən, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
Dünən, 08:06
Dini liderlər Astanada toplaşıb
15-09-2025, 16:52
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
15-09-2025, 16:39
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
15-09-2025, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
15-09-2025, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
15-09-2025, 12:58
Sabah yağış yağacaq - Proqnoz
15-09-2025, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
15-09-2025, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
15-09-2025, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb