14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Qusarda yol qəzası: ölən və yaralananlar var
Tarix: 03-11-2024 23:59 | Bölmə: Cəmiyyət
Qusarda yol qəzası: ölən və yaralananlar var

Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Məlumata görə, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Chevrolet Cruze” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib.

Ölən şəxs Həzrə kənd sakini 1986-cı il təvəllüdlü Amik Arkadi oğlu Ramazanovdur. Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Savziyev Fərrux Kamran oğlu, 1989-cu il təvəllüdlü Şəkərxanov Orxan Əjdər oğlu və 1999-cu il təvəllüdlü Hasəliyev Amik Nazim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar(Report).

Hadisə ilə bağlı araşdırma başlanıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq