Fırtına kruiz gəmisini 45 dərəcə əyib
Tarix: 12-11-2024 10:59 | Bölmə: Cəmiyyət
Fırtına kruiz gəmisini 45 dərəcə əyib

“Dəniz səyyahı” Atlantik okeanının ortalarında fırtınaya düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə “LADbible” portalı məlumat yayıb.

Məlumata görə, Barselonadan Mayamiyə gedən “Explorer of the Seas” kruiz gəmisi Atlantik okeanın ortalarında baş verən fırtına səbəbindən 45 dərəcə əyilib. Nəticədə bir sərnişin yaralanıb.

Bildirilir ki, “Royal Caribbean Crusies” şirkətinə məxsus gəmi Tenerifedən qərbə doğru yola düşüb və axşam saat 19 radələrində şiddətli fırtınaya tuş gələndə artıq Mərakeş sahillərindən 750 mil (1207 km) aralıda olub.

Ərazidə küləyin sürəti saatda 55-75 mil arasında dəyişir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər