14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Bakıda və rayonlarda qar yağacaq
Tarix: 20-02-2025 13:10 | Bölmə: Cəmiyyət
Bakıda və rayonlarda qar yağacaq

Fevralın 21-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var. Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq