Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi açılıb - (Yenilənib)
Tarix: 24-02-2025 14:22 | Bölmə: Cəmiyyət
Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi açılıb - (Yenilənib)

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Maqbet Xətai oğlu Məcidova ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub və o, həmin xəstəlikdən vəfat edib.

Məlumatda qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasından məzun olub.

***

Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb.

Reyting.az
xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.




Bölməyə aid digər xəbərlər
23-02-2025, 12:22 Sabah yenə qar yağacaq
22-02-2025, 13:37 Sabah qar yağacaq