Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərlənib - Yenilənib
Tarix: 25-02-2025 14:33 | Bölmə: Cəmiyyət
Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərlənib

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Onların qidadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Daşkəsən rayonunda qidadan zəhərləndiyi bildirilən şəxslərin vəziyyətləri açıqlanıb.


TƏBİB-dən verilən məlumata görə, fevralın 24-də saat 20:50 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.




Bölməyə aid digər xəbərlər
23-02-2025, 12:22 Sabah yenə qar yağacaq
22-02-2025, 13:37 Sabah qar yağacaq