Mars planetinin rəngi niyə qırmızıdır?
Tarix: 26-02-2025 09:49 | Bölmə: Cəmiyyət
Mars planetinin rəngi niyə qırmızıdır?

Mars qırmızı rəngi paslanmadan deyil, oksidləşmədən alıbmış.

Reyting.az
xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında maraqlı məqalə dərc olunub.

Qeyd edilir ki, beynəlxalq alimlər qrupunun gəldiyi nəticəyə görə, Mars tozunun tərkibində əvvəllər düşünüldüyü kimi hematit yox, suyun varlığında əmələ gələn ferrihidrit mineralı var. Marsın məşhur qırmızı rəngini pasdan aldığı məlum idi. Amma yeni araşdırma bu planetdə dəmir oksidləşməsinin gözləniləndən daha tez başladığını göstərir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
23-02-2025, 12:22 Sabah yenə qar yağacaq
22-02-2025, 13:37 Sabah qar yağacaq