Cəlilabadda marşrut avtobusu qəzaya uğrayıb
Tarix: 26-02-2025 14:38 | Bölmə: Cəmiyyət

Cəlilabadda marşrut avtobusu qəzaya uğrayıb

Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Məlumata görə, rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qəza ilə əlaqədar TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 26 fevral 10:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 1960-cı il təvəllüdlü qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona döş qəfəsinin və baldırın küt travması, üzün çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin edilib.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir(Report).




Bölməyə aid digər xəbərlər
23-02-2025, 12:22 Sabah yenə qar yağacaq
22-02-2025, 13:37 Sabah qar yağacaq