16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Bakıda müəllimə valideynlə mübahisədən sönra komaya düşüb? - Yenilənib
Tarix: 27-02-2025 00:27 | Bölmə: Cəmiyyət
Bakıda müəllimə valideynlə mübahisədən sönra komaya düşüb?

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.

Reyting.az
oxu.az-a istinadla xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.

Təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

***

Məktəbdən “Qafqazinfo”ya bildirilib ki, Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.

Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib:

“Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Allah rəhmət eləsin, məktəbin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.




Bölməyə aid digər xəbərlər