Sosial Xidmətlər Agentliyinin 10.5 milyonluq tenderi ləğv edilib
Tarix: 27-02-2025 14:03 | Bölmə: Cəmiyyət
Sosial Xidmətlər Agentliyinin 10.5 milyonluq tenderi ləğv edilib

“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsin əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda 44 ədəd üçotaqlı mənzilin alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 10 490 850 AZN olub.




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq