Növbəti iki gün güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 27-02-2025 17:30 | Bölmə: Cəmiyyət
Növbəti iki gün güclü külək əsəcək

Növbəti iki gündə Bakı və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. 

Reyting.az
 xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Salyan, Neftçala, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Xızı, Xaçmaz, Şabran, Qusar, Sabirabad, Şirvan, İmişli, Zərdab, Ağcabədi, Göyçay, Qəbələ, Şəki, Kürdəmir, Beyləqan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Naftalan, Goranboy, Gəncə, Samux, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Göygöldə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq