“Feldyeger rabitəsi haqqında” qanun dəyişib
Tarix: 28-02-2025 14:30 | Bölmə: Cəmiyyət
“Feldyeger rabitəsi haqqında” qanun dəyişib

Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Reyting.az
xəbər verir ki, bununla bağlı “Feldyeger rabitəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində iki dəyişiklik (mahiyyətcə və texniki xarakterli) nəzərdə tutulur.

Yeni məzmunda təklif olunan 3.2-ci maddə ilə müvafiq icra hakimiyyəti orqanı diplomatik korrespondensiyanın daşınması qaydasını müəyyən edən orqan kimi təsbit edilir. İkinci dəyişiklik isə qanunvericilik texnikası baxımından edilən dəyişiklikdir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra ilk oxunuşda qəbul olunub.




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq