Bakıdan dörd rayona avtobus reysləri təxirə salınıb
Tarix: 01-03-2025 12:21 | Bölmə: Cəmiyyət
Bakıdan dörd rayona avtobus reysləri təxirə salınıb

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərinə avtobus reysləri təxirə salınıb.

Reyting.az
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla bildirir ki, təhlükəsizlik səbəbi ilə təxriə salınan reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

Nəqliyyat Agentliyi bəyan edir ki, qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz xidmət göstərmək üçün səylə çalışırlar: “Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə xətlərə cəlb edilən avtobusların sayı artırılır.

Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur”.




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq