Daha bir icra başçısına müavin təyin olunub
Tarix: 04-03-2025 17:11 | Bölmə: Cəmiyyət
Daha bir icra başçısına müavin təyin olunub

Yasamal Rayonu İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Reyting.az
xəbər verir ki, bu vəzifəyə 36 yaşlı Orxan Fərmayıl oğlu Məmmədov təyinat alıb.

O.Məmmədov buna qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni müavin Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.




Bölməyə aid digər xəbərlər