18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
Neft Emalı Zavodunun ərazisində yanğın söndürülüb - (Yenilənib)
Tarix: 05-03-2025 10:54 | Bölmə: Cəmiyyət
Neft Emalı Zavodunun ərazisində yanğın söndürülüb - (Yenilənib)

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib.

***

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.


TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

***

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.




Bölməyə aid digər xəbərlər