Rövşən Novruzoğlu həbsxanada ölüb
Tarix: 05-03-2025 12:05 | Bölmə: Cəmiyyət
Rövşən Novruzoğlu həbsxanada ölüb

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

Reyting.az
Qafqazinfo-ya istinadla xəbər verir ki, o, dünən həbsxanada dünyasını dəyişib.

Mərhum bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.




Bölməyə aid digər xəbərlər