Qaxda polis əməliyyatı: iki nəfər həbs edilib
Tarix: 06-03-2025 10:32 | Bölmə: Cəmiyyət
Qaxda polis əməliyyatı: iki nəfər həbs edilib

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlı Naim Süleymanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, onlardan 7 kiloqram marixuana, heroin, metamfetamin və metadon həbləri aşkar olunub. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddi qazanc əldə edəcəkmişlər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər