Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb, ölən var
Tarix: 06-03-2025 22:26 | Bölmə: Cəmiyyət
Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüb, ölən var

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasına uğrayıblar.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib. 

Qeyd olunub ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib(Unikal).

***

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) 06.03.2025-ci il tarixində saat 19:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşüblər. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.




Bölməyə aid digər xəbərlər