Alimlər mamontları diriltməyi planlaşdırırlar
Tarix: 10-03-2025 08:25 | Bölmə: Cəmiyyət
Alimlər mamontları diriltməyi planlaşdırırlar

"Colossal Biosciences" gen mühəndisliyi şirkətinin alim və mütəxəssisləri nəsli kəsilmiş yunlu mamontları 2028-ci ilə qədər canlandırmaq planlarını açıqlayıblar.

Reyting.az
"The Telegraph" nəşrinə istinadla bildirir ki, elm adamı Bet Şapironun sözlərinə görə, həmin qədim heyvanların buzlaqlarda tapılmış uzaq əcdadlarından götürülən DNT nümunələrindən istifadə etməklə, yenidən qədim canlıları həyata qaytarmaq mümkün olacaq.

Alimlər deyiblər ki, tədqiqatların gedişi zamanı qədim heyvanların körpələrini Hindistandan gətirilmiş dişi fil bətnində daşıyacaq.

Məlumata görə, şirkət hazırda yeni mamont yetişdirmək üçün yer axtarır. Bu məqsədlə heyrətamiz bir ideyanın uyğun şərtlərinə tamamilə cavab verən bir neçə ölkədə sınaqların həyata keçirilməsinin mümkünlüyü ilə bağlı danışıqlar aparılıb.

Elmi tədqiqatın rəhbəri Bet Şapiro deyib ki, "əsas məqsəd heyvanların haradasa, tam vəhşi təbiətdə yaşamasını təmin etməkdir".

"Colossal Biosciences" şirkəti hazırda çoxdan nəsli kəsilmiş Dodo adlı quş növlərinin dirçəldilməsi üzərində araşdırmalar aparmaqdan ötrü Mavrikiyanın səlahiyyətliləri ilə əlaqələr qurub və onlara birlikdə işləməyi təklif ediblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər