PUA ilə ölkəmizə narkotik maddə gətiriblər - Fotolar
Tarix: 18-03-2025 11:24 | Bölmə: Cəmiyyət
PUA ilə ölkəmizə narkotik maddə gətiriblər

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər.

Məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıb.

Onlardan 15 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər