İranda ilaxır çərşənbə fəlakətə çevrilib: 14 nəfər ölüb, 1844 nəfər yaralanıb
Tarix: 19-03-2025 15:21 | Bölmə: Cəmiyyət
İranda ilaxır çərşənbə fəlakətə çevrilib: 14 nəfər ölüb, 1844 nəfər yaralanıb

İranda hicri-şəmsi təqvimlə ilin axır çərşənbə gecəsi keçirilən şənliklər və ona hazırlıqlar zamanı 14 nəfər həyatını itirib.

Reyting.az
xəbər verir ki, İranın paytaxtı Tehranda iftardan sonra başlayan şənliklərdə atəşfəşanlıq və partlayıcı maddələrin atılması səbəbindən səmanı tüstü bürüyüb.

Bildirilir ki, ölkə üzrə 5 təcili tibbi yardım maşını yanıb.

İranın Təcili Yardım Mərkəzi ölkə üzrə 14 nəfərin öldüyünü,1844 nəfərin yaralandığını açıqlayıb. Yaralılardan 100 nəfərin əzalarını itirdiyi, 500-dən çoxunun isə göz zədəsi aldığı bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər