18:50 / 27-03-2025
Ad günü - Hekayə
Birlik rəhbəri barəsində ev dustaqlığı tədbiri seçilib
Tarix: 21-03-2025 10:54 | Bölmə: Cəmiyyət
Birlik rəhbəri barəsində ev dustaqlığı tədbiri seçilib

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmənin qərarına əsasən, Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 12:40 Sabah yağış yağacaq
21-03-2025, 09:45 Rayonlara qar yağıb