00:03 / 30-03-2025
Bu gün Ramazan bayramıdır
16:46 / 29-03-2025
Sara - Akif Abbasov yazır
16:31 / 29-03-2025
USAID-in taleyi məlum olub
Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı azadlığa buraxılıb
Tarix: 24-03-2025 19:19 | Bölmə: Cəmiyyət
Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı azadlığa buraxılıb

Eritreyada saxlanılan 18 Azərbaycan vətəndaşı dövlət başçısının tapşırıqlarına uyğun olaraq uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəyə gətirilib.

Reyting.az
 Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində mümkün olub. 

Eyni zamanda vurğulanıb ki, gəmi heyəti Eritreyada olan müddət ərzində Azərbaycanın Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib: "Bu prosesdə yaxından dəstək göstərən Türkiyənin Eritreyadakı səfirliyinə dərin minnətdarlığımızı bildiririk".

Xatırladaq ki, həmin şəxslər ötən il noyabrın 7-dən Eritreyada saxlanılıb. Onlar “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialının istismar etdiyi “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvləri olublar. 




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq
21-03-2025, 09:45 Rayonlara qar yağıb